Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:52

Polşada şaxtadan daha 12 nəfər həlak olub


Polşa rəsmiləri ötən gecə ölkədə donvurmadan daha 12 nəfərin həlak olduğunu bildirir. Bununla da son üç gündə Polşada şaxtadan ölənlərin sayı 30 nəfərə çatıb.

Dekabrın 3-də əlverişsiz hava şəraitinə görə Czestochowa şəhərində 150 000 adam istiliksiz qalıb. Rəsmilər ölkənin cənubundakı bu şəhərdə yaranmış problemi həll etməyə çalışdıqlarını bildirirlər.

Hər il Polşada kəskin şaxtalardan əksəriyyəti evsizlər və içkili olan çox sayda adam həlak olur.

Güclü qar və kəskin şaxta Qərbi Avropa ölkələrinin bir çoxunda da nəqliyyatda xaos yaradıb. Bəzi ölkələrdə hava limanları, dəmiryolu, quru yolu bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG