Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

Çində sərnişin qatarının sürəti saatda 486 kilometrə çatıb


Çinin dövlət mediası xəbər verir ki, sürət qatarının sınağında saatda 486 kilometr sürət əldə edilib. Bu da indiyə qədər sərnişin qatarında əldə edilmiş rekordun yenilənməsidir.

Dekabrın 3-də baş tutuan sınaq Pekinlə Şanxay arasında yeni çəkilən və hələ açılışı edilməmiş yolda keçirilib.

2012-ci ildə açılacaq həmin yolla Pekinlə Şanxay arasında qatarların beş saata gedəcəyi planlaşdırlır. Layihənin qiyməti 32.5 milyard dollardır.

Hazırda Çin dünyada ən uzun yüksək sürətli dəmir yolu xətləri şəbəkəsinə malikdir. Pekin 2012-ci ilə qədər həmin şəbəkənin uzunluğunu 13 min kilometrə çatdırmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG