Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23

WikiLeaks İsveçrədəki internet şirkətindən domain aldı


WikiLeaks ABŞ-da olan domain adını itirəndən sonra dekabrın 3-də İsveçrə domain adı ilə gəaliyyətə başlayıb. ABŞ-dan olan internet şirkəti dekabrın 3-də bildirib ki, Wikileaks.org saytına saysız haker hücumlarından sonra həmin saytın ünvanını serverindən çıxarmalı olub. Çünki bu hücumlar həmin serverdəki yarım milyon başqa sayta da təhlükə yaradırdı.

Bundan sonra sayt İsveçrədəki şirkətlərdən domain alan sayt WikiLeaks.ch adı ilə fəaliyyətini davam etdirir.

Dekabrın 1-də Amazon.com şirkəti də WikiLeaks-in materiallarını öz serverindən çıxarıb. ABŞ konqresmenləri Amazon.com şirkətinin WikiLeaks-lə əlaqələrinin araşdırılmasını tələb edirdilər.

Senator Joe Lieberman Amazon.com şirkətinin bu adımını alqışlayıb. Senator bildirib ki, başqa şirkətlər də oğurluq məlumatları yayan WikiLeaks-ə qarşı belə addım atmalıdırlar.

WikiLeaks saytı bir həftəyə yaxındır ki, ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Vaşinqtona göndərdikləri gizli məktublar olduğu deyilən sənədləri yayır. Həmin sənədlərdə diplomatların işlədikləri ölkələrin liderləri haqqında şəxsi dəyərləndirmələri, bəzi hallarda ittihamları əksini tapır.

Günün bütün mövzuları

XS
SM
MD
LG