Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:30

Quş ovuna qadağa qoyuldu


“Quş qripi”(H1N1 virusu) xəstəliyi təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub. Quş ovu üçün nazirliyin ərazi şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi isə dayandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, buna səbəb son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə “quş qripi” xəstəliyinin (H1N1 virusu) aşkarlanmasıdır.

Məlumatda bildirilir ki, Cənub-Şərqi Asiyadan Azərbaycana köçəri quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyə Respublikalarının isə Azərbaycanla həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.

Ovçuların müraciətləri nəzərə alınaraq bu ilin noyabrında Azərbaycan ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG