Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

AXCP funksionerinə qarşı məhkəmələrdən biri təxirə salınıb


Yasamal Payon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı dekabrın 3-ə təyin olunmuş məhkəmə dekabrın 10-u saat 11.30-a qədər təxirə salınıb.

Fuad Qəhrəmanlıya qarşı bu gün daha iki iddiaya baxılacaq.

Fuad Qəhrəmanlını Yeni Azərbaycan Partiyasının üzvü, deputat Hüseynbala Mirələmov, YAP-ın keçmiş deputatı Əhəd Abıyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. Onlar AXCP funksionerinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını istəyirlər.

Fuad Qəhrəmanlı bildirib ki, cinayət işi parlament seçkisinin təbliğat-təşviqat kampaniyası zamanı İctimai Televiziyadakı çıxışı ilə bağlıdır. O, bunu siyasi siyasi sifarişli sayır və eyni mərkəzdən idarə edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG