Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Bu gün Fuad Qəhrəmanlının üç məhkəməsi olacaq


Bu gün Yasamal Payon Məhkəməsində AXCP sədrinin müavini, 7 noyabr parlament seçkisində AXCP-Müsavat blokunun 33 saylı Xətai dairəsindən namizədi olmuş Fuad Qəhrəmanlıya qarşı üç iddiaya baxılacaq.

Fuad Qəhrəmanlını Yeni Azərbaycan Partiyasının üzvü, deputat Hüseynbala Mirələmov, YAP-ın keçmiş deputatı Əhəd Abıyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. Onlar AXCP funksionerinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını istəyirlər.

Fuad Qəhrəmanlı bildirib ki, cinayət işi parlament seçkisinin təbliğat-təşviqat kampaniyası zamanı İctimai Televiziyadakı çıxışı ilə bağlıdır. O həbsini siyasi siyasi sifarişli sayır və bunun eyni mərkəzdən idarə edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG