Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:12

Vyanada İranın nüvə proqramı müzakirə olunur


Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin ikigünlük görüşü başlanıb.

Görüşdə əsasən İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.

Beynəlxalq aləm hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran isə nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu iddia edir.

Dekabrın 6-7-də Cenevrədə İranla Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Rusiya və Çin arasında danışıqların yeni mərhələsi başlanmalıdır.
XS
SM
MD
LG