Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:47

«Qadınların idman yarışına getməsi biabırçılıqdır»


İranın qadınlardan ibarət futbol yığması, 2007

İranın qadınlardan ibarət futbol yığması, 2007

İranın tanınmış din xadimlərindən biri deyib ki, ölkənin qadın idmançıları xarici ölkələrdə keçirilən idman tədbirlərində iştirak etməməlidir.

Böyük Ayətullah Safi Golpayegani bildirib ki, İranın qadın idmançıları beynəlxalq idman tədbirlərinə göndərməsi biabırçılıqdır və buna yol verilməməlidir.

Onun bu sözləri İranın 2010-cu il Çində keçirilən Asiya Oyunlarına 88 nəfər qadın idmançı göndərməsindən sonraya təsadüf edir. Bu da 1979-cu il İslam İnqilabından bu yana İranın xaricə göndərdiyi ən geniş tərkibli heyətdir. Həmin oyunlarda iranlı qadınlar 10-dan çox qızlı medal qazanıb. Onlardan biri də uşu üzrə qızlı medal qazanan Xədicə Azadpurdur.

BAYRAĞI QADININ DAŞIMASI İSLAM DƏYƏRLƏRİNƏ ZİDDİR


91 yaşlı Ayətullah Safi Golpayegani iranlı qadın idmançıların xarici yarışlarda iştirakını tənqid edən ilk mühafizəkar din xadimi deyil. Bundan əvvəl Məşhəddə cümə namazlarına rəhbərlik edən Əhməd Alamolhoda 2008-ci ildə bildirmişdi ki, iranlı qadın idmançıların Pekin olimpiya oyunlarına göndərilməsi və həmin oyunların açılış mərasimində İran bayrağının daşınmasının qadın avarçəkən Homa Huseynə həvalə edilməsi islam dəyərlərinə açıq-aşkar ziddir.

HAKİMİYYƏT QADINLARIN UĞURUNDAN EHTİYATLANIR


Qum Dini Mədrəsə Müəllimləri Cəmiyyətinin üzvü Ayətulla Abbas Kabi isə Asiya oyunlarından iranlı qadın idmançıların yarışını nümayiş etdirdiyinə görə İranın dövlət televiziyasını kəskin tənqid edib. O, bunu acınacaqlı və qeyri-normal hal kimi qiymətləndirib.

Danimarkalı idman şərhçisi Mehdi Rüstəmpur isə deyir ki, İranın hakimiyyət orqanları iranlı qadınların Çində keçirilən 16-cı Asiya oyunlarında əldə etdikləri uğurdan narahatdır. O deyir ki, hakimiyyət iranlı qadın idmançıların gələcəkdə də beynəlxalq tədbirlərdə iştirakının qarşısını ala bilməyəcəklərindən ehtiyat edirlər:

«Onlar yeni cücərən bitkini kök atmamış qurutmaq istəyirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG