Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:40

Astana sammitində hələlik yekun sənəd qəbul edilməyib


ATƏT ölkələri dövlət başçılarının Astana sammitində tərəflər hələ ki, yekun bəyannamə ilə bağlı razılığa gələ bilməyiblər.

Sammitin günün birinci yarısında başa çatacağı və yekun sənəd qəbul ediləcəyi gözlənilirdi.

Amma ATƏT-ə sədrlik edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev müzakirələri davam etdirmək üçün fasilə elan etməli olub.

Qeyd edək ki, sammitdə 28 ölkənin rəhbəri iştirak edir.
Bu son 11 il ərzində ATƏT ölkələri dövlət başçılarının ilk belə görüşüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG