Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:47

İsveç məhkəməsi Culian Asancın şikayətini təmin etməyib


İsveçrənin ali məhkəməsi Viki Liks saytının banisi Culian Asancın apelyasiya şikayətini təmin etməyib.

Culian Asanc zorlama ittihamı ilə onun həbsinə sərəncam verilməsini qanunsuz sayır.

O, bunun İraq və Əfqanıstan müharibəsi, habelə diplomatik yazışmalarla bağlı saytın yaydığı məxfi məlumatlardan sonra ona qarşı başlanmış böhtan kampaniyasının tərkib hissəsi olduğunu deyir.

Həmçinin Viki Liksin nümayəndəsi Kristinn Hrafson saytın heç bir qanunu pozmadığını bildirib.

Qeyd edək ki, 39 yaşlı Culian Asanc hazırda İnterpol tərəfindən axtarışdadır.

Hələlik onun harada olması bəlli deyil.

Amma Britaniya mətbuatının yazdığına görə, Britaniya polisi onun yerini bilir və o, bu ilin oktyabrında ölkəyə gələndə polisə məılumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG