Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41
“WikiLeaks”in yeni açıqladığı sənədlər arasında Azərbaycana aid daha iki diplomatik teleqram olduğu iddia edilən mətn var. Teleqramların birində Azərbaycandakı hakimiyyət sistemi ilə məşhur “Xaç atası” filminin personajları arasında paralellər aparılır.

Teleqramın girişində sənədin Amerika səfirliyinin əməkdaşı Donald Lu tərəfindən Dövlət departamentinə göndərildiyi bildirilir.

Sənəddə Azərbaycan prezidentinin rəhbərlik üslubunun “Xaç atasının” qəhrəmanları, mafioz Carleone ailəsinin üzvləri olan SonnyMichael qardaşlarından məhz hansına daha yaxın olduğu haqda fikir yürüdülür.

Müəllifin fikrincə, İlham Əliyev eyni zamanda hər iki personajın keyfiyyətlərini birləşdirir, xarici siyasətdə Michael olan İlham Əliyev, daxili siyasətdə daha çox Sonnyni xatırladır.

“Xaç atası” filmində Michael daha praqmatik, alyans qurmaq tərəfdarıdır, Sonny isə impulsiv, hisslərinin yedəyində gedən bir şəxsidir.

Mətndə belə bənzətmələrin sübutu üçün İlham Əliyevlə müxtəlif epizodlar misal gətirilir. Onun bloqqerlərin işinə olan münasibəti belə misallardan biridir. “İlham Əliyevin “YouTube”dakı “uzunqulaq videosu” ilə bağlı kəskin bəyanata verdiyi cavabdan başa düşürsən ki, o, Micahel Carleone deyil, Sonnydir” – deyə mətndə yazılır.

“Xaç atası” filminin məşhur ifadələrindən ibarət yarımbaşlıqlara bölünmüş teleqram 15 qısa bəndlərdən ibarətdir.

Burada ata və oğul Əliyevlərlə yanaşı, Paşayevlər ailəsindən və Ramiz Mehdiyevdən də söhbət aparılır.

“WikiLeaks”in yaydığı bu teleqramın tam mətni ilə burada tanış ol

Şərhləri göstər

XS
SM
MD
LG