Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41
Bərdə sakini Rəşid Təhməzov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, iş adamı olmuş oğlu Rza Təhməzovun qətlinin sifarişçiləri hələ də azadlıqda gəzirlər. İstintaq orqanı onların həbsi üçün maraq göstərmir.

QATİLLƏRİN CƏZASI


Bərdədəki “Qarabağ” restoranının sahibi olmuş Rza Təhməzov 2008-ci il oktyabrın 1-də odlu silahla qətlə yetirilib. Onun qətlinin sifarişli olduğu məhkəmə araşdırması ilə də müəyyən edilib. Bu cinayətin törədilməsində iştirak etmiş Şəmkir rayon sakinləri Akif Gülməmmədov və Ceyhun Əliyev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunublar, onların hər birinə 15 illik həbs cəzası kəsilib. Hər iki şəxs məhkəmədə Rza Təhməzovu sifarişlə qətlə yetirdiklərini etiraf ediblər. İttihama görə, Akif Gülməmmədova və Ceyhun Əliyevə Rza Təhməzovun qətlini sifariş edənlər Abbas Əliyev, Xəlil İbrahimov və Habil Əliyev adlı şəxslər olub.

“NAR ÇİÇƏYİ” RESTORANINDA MÜBAHİSƏ


İndi mərhumun atası həmin şəxslərin tutulmasını tələb edir. Rəşid Təhməzov: “2007-ci ilin oktyabr ayının 1-də oğlum Rza Təhməzov sifarişlə killerlər tərəfindən öldürülüb. Oğlumun qətlindən 3 gün əvvəl onun qətlini sifariş edənlər Bərdədəki “Nar çiçəyi” restoranına yığışıblar. Oğluma da zəng edib ora çağırıblar, təklif ediblər ki, Rusiyaya narkotik daşınmasında onlara köməklik etsin. Oğlum razılaşmadıqda mübahisə düşüb, belə qərara alıblar ki, oğlumu öldürtdürsünlər. 3 gün sonra oğlum evin yaxınlığında odlu silahla qətlə yetirildi. Sifarişçilərdən iki nəfəri Rusiyadadır, bir nəfəri Bərdədədir”.
Rəşid Təhməzov deyir ki, sifarişçilərin həbs olunması üçün müvafiq orqanlara ünvanladığı teleqramlara nə az nə çox, düz 9 min manata yaxın xərc töküb. Amma vurduğu teleqramlar cavabsız qalır.

“İSTİNTAQ DAVAM EDİR”


Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun göndərdiyi məktubda qeyd olunur ki, Rəşid Təhməzovun istintaq idarəsinə daxil olmuş ərizələrindəki xüsusatlar araşdırılır, iş üzrə bütün zəruri əməliyyat tədbirləri həyata keçirilir, cinayəti törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq göstərişlər verilib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxs Habil Əliyevin istintaqdan qaçaraq ölkə ərazisinin hüdudlarından kənarda gizlənməsi müəyyən edilib. Barəsində 4 mart 2008-ci il tarixdən axtarış elan edilib.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG