Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19
«WikiLeaks» təşkilatı Amerika diplomatlarının Vaşinqtona məxfi teleqramlarından növbəti hissələri açıqlayıb.

Orada Azərbaycana aid məqamlar da var.

2009-cu il martın 9-da Bakıdan “Derse” imzası ilə "məxfi" qrifi ilə göndərilən teleqramda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Moskva səfərindən bəhs edilir.

“Əbiyev səfirə yanvarın sonunda Moskvaya səfər etməsindən danışıb.

O, Moskvaya Kremlin 2008-ci il boyu Ermənistana çoxlu silah verməsini müzakirə etmək üçün gedib.

Əbiyev deyib ki, onun rusiyalı həmkarı əvvəlcə bununla bağlı ittihamları qəbul etməyib.

Amma Əbiyevin sözlərinə görə, həmin axşam ikinci şüşə araqdan sonra rusların dili açılıb və onlar Ermənistana silah vermələrini etiraf ediblər.

Maraqlı detal odur ki, Əbiyev Serdyukovun onun sualına cavabını xatırladıb:

- Siz Prezidentin tapşırığını yerinə yetirmisiz?...
- Hmm, mən iki prezidentin tapşırığını yerinə yetirirəm”.

Eyni imzalı teleqramda Qəbələ radarı ilə bağlı məqamlar

“Azərbaycan Qəbələ radarının gələcəyi ilə bağlı nə düşünür? Səfirin bununla bağlı sualının cavabında Abiyev deyib ki, 2007-ci ilin sonunda Rusiyanın müdafiə naziri Anatoli Serdyukov ona yaxınlaşıb və Qəbələ radarını 2012-ci ildən sonra da istifadə etmək istəyini ifadə edib.

Əbiyevin sözlərinə görə, o buna təəccüblənib və Serdyukovdan bu xahişin səbəbini izah etməyini istəyib, ona Putinin sözlərini xatırladıb.

Putin deyibmiş ki, daha Qəbələ radarına ehtiyacları yoxdur.

Serdyukov bunun cavabında deyib ki, bu çoxdan olub. Əbiyev isə ona bildirib ki, radarın icarəsinin uzadılması məsələsini 2012-ci ildə müzakirə etmək olar”.

“Krasnodarda Rusiyanın quraşdırdığı Armavir radarı ilə bağlı suala cavab verərkən Əbiyev deyib ki, Rusiya tərəfinin Armavir radarının effektivliyi barədə dediklərinə rəğmən həmin radarı imkanları Qəbələ radarından xeyli azdır.

Əbiyev deyib ki, Rusiya Qəbələ radarının yenilənməsinə 1 milyard dollar xərclədiyi halda Armavir radarı cəmi 70 milyon dollara qurulub.

Bundan başqa Əbiyev deyib ki, Qəbələ radarının fəaliyyət dairəsi 8 500 kilometr olsa da, Armavir radarının fəaliyyət dairəsi 2 500 kilometrdir...”

MÜDAFİƏ NAZİRLİYİ TƏKZİB EDİR


“Mətn həqiqətdən daha çox uydurmaya bənzəyir və ölkələrarası münasibətləri pozmağa yönəlmiş təxribat təsiri bağışlayır”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Eldar Sabiroğlu bunu deyib.

O, “WikiLeaks”-ın yaydığı xəbəri təkzib edib:

“Mətnlə tanış olduqdan sonra, doğrusu, çox təəccüb elədim. Çünki mətbuat xidmətinin rəisi kimi müdafiə nazirinin demək olar ki, əksər görüşlərində, xüsusilə xarici ölkə səfirləri ilə görüşlərində iştirak edirəm. Onun ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dörslə keçirdiyi görüşləri də yaxşı xatırlayıram. Mən belə söhbətlərin şahidi olmamışam”.

Şərhləri göstər

XS
SM
MD
LG