Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:14

5 rayona qazın verilməsi dayandırılıb


Bu gün Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarına təbii qazın verilməsi dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən bildiriblər ki, buna səbəb Yevlax-Balakən magistral qaz xəttində yeni qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı aparılan təmir-bərpa işləridir.

Günün sonuna kimi qazın verilməsinin bərpa ediləcəyi bildirilir.

Qaz kəsilərkən əhaliyə bu haqda əvvəlcədən xəbərdarlıq olunmayıb.
XS
SM
MD
LG