Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

İlham Əliyev Astanada ikitərəfli görüşlər keçirib


Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Astana sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

İlham Əliyevin Böyük Britaniyanın baş nazir müavini Nik Kleqlə görüşündə Dağlıq

Qarabağ münaqişəsi, ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlığın perespektivləri müzakirə olunub.

İlham Əliyev Avstriya Prezidenti Haynts Fişerlə də görüşüb.
Avstriya prezidenti ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafında çox maraqlı olduğunu, o cümlədən Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulanıb.

Azərbaycan prezidenti Belarus prezidenti Aleksandr Lukaşenkoyla da görüşüb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı, habelə ticarət dövriyyəsinin artmasından məmnunluq bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG