Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:06

AYİB Azərbaycana 100 milyon dollar vəsait ayıracaq


Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycana müxtəlif layihələrin icrası üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə dekabrın 1-i Bakıda keçirilən
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun toplantısında bankın Bakı ofisinin rəhbəri Frensis Delay bildirib.

O, qeyd edib ki , bu vəsait ölkədə 10-15 layihənin gerçəkləşdirilməsinə sərf olunacaq.

F.Delay bildirib ki, ümumilikdə bankın Azərbaycanla əməkdaşlığı dövründə 110 layihə üzrə 1,6 milyard dollar məbləğində vəsait ayrılıb ki, bu layihələrin 70-i maliyyə sektorunda həyata keçirilir.

O, həmçinin qeyd edib ki, bankın cari kredit portfeli təxminən 1 milyard dollardır.

Ümumilikdə, bu günə kimi Avropa Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihələr üzrə vəsaitlərin 44%-i enerji sektoruna yönəldilib.

Cari ildə 18 layihənin icrası üçün vəsait ayrılıb və bu layihələrin 5-i ticarət maliyyələşdirməsi sektoruna aiddir.

F.Delay bildirib ki, EBRD Azərbaycanda 9 bank, 6 mikromaliyyə və 3 qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir.
XS
SM
MD
LG