Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Mourinyo cəzalandırıldı


Joze Mourinyo
Joze Mourinyo
UEFA İntizam Komitəsi “Real”ın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Mourinyo iki Avrokubok matçından diskvalifikasiya olunub. Amma ikinci oyun 3 illik sınaq müddəti olmaqla şərti xarakter daşıyır.

Buna noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Hollandiyanın “Ayaks” və İspaniyanın “Real” klubları arasında keçirilmiş oyun səbəb olub.

Həmin qarşılaşmada “Real”ın iki oyunçusu - Xabi Alonso və Serxio Ramos qırmızı vərəqə alıb. Oyunçuların baş məşqçi Joze Mourinyonun göstərişi ilə qəsdən qırmızı vərəqə aldığı ehimal edilirdi.

UEFA İntizam Komitəsi Mourinyonu həmçinin 40 min avro cərimələyib. Xabi Alonso və Serxio Ramos hərəyə 20 min avro, İker Kasilyas 10 min avro, Eji Dudek isə 5 min avro cərimələnib. Alonso və Ramosa göstərilmiş qırmızı vərəqələr də qüvvədə saxlanılıb. Onlar bir Avrokubok oyununu buraxmalı olacaqlar.

UEFA İntizam Komitəsi “Real”ı da 120 min avro cərimələyib.

“Ayaks” və “Real” arasında keçirilmiş oyun ikincilərin 4:0 hesabı ilə qələbəsi ilə başa çatmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG