Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

Bu il Azərbaycanda 409 nəfər İİV-ə yoluxub


Bu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə (İnsanın İmmun çatışmazlığı Virusu) 409 yeni yoluxma faktı aşkarlanıb. Məlumatı Respublika AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova verib.

1 dekabr - Ümumdünya AİDS günü ilə bağlı keçirdiyi mətbuat konfransında o bildirib ki, virusa yoluxanların 398 nəfəri Azərbaycan, 11 nəfəri əcnəbi vətəndaşıdır. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1988-ci ildən indiyə qədər 2673 nəfərin bu infeksiyaya yoluxduğu təsdiqlənib. Onlardan 2572 nəfəri Azərbaycan, 101 nəfəri əcnəbidir.

İndiyə qədər Azərbaycanda bu infeksiyadan 339 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG