Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

ATƏT dövlət başçılarının sammiti başlayıb


Bu gün Qazaxıstan paytaxtı Astanada ATƏT dövlət başçılarının ikigünlük sammiti başlayıb. 1999-cu ildəki İstanbuldakı təsis konfransından sonra birinci dəfədir ki, ATƏT dövlət başçıları bir araya gəlir.

Toplantıda 68 ölkədən nümayəndələr iştirak edir. 28 dövlət prezidentlər, 10-u baş nazir, digərləri isə xarici işlər nazirləri səviyyəsində təmsil edilir.

BMT Baş Katibi Ban Ki Mun və ABŞ Dövlət Katibi Hillari Klinton da sammitdə iştirak üçün Astanaya gəliblər.

ATƏT-in hazırki sədri vəzifəsini tutan Qazaxıstanın Xarici İşlər naziri Kanad Saudabayev deyib ki, sammitdə regional təhlükəsizlik məsələləri, terrorçuluq və insan alveriylə mübarizə, Qırğızıstandakı durum və Əfqanıstan müharibəsini müzakirə edəcəklər.

Astanada Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir. ATƏT-in Mİnsk qrupunun həmsədləri və Azərbaycanla Ermənistanın dövlət başçıları Astanaya gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG