Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

Ban Ki-mun snayperləri Qarabağdan çıxarmağa çağırır


Ban Ki-mun
Ban Ki-mun
BMT-nin Baş katibi Ban Ki-mun bir daha Azərbaycan və Ermənistana müraciət edərək onları təmas xəttindən snayperlərini geri çəkməyə səsləyib.

Noyabrın 30-da Astanada olan Baş katib AzadliqRadiosuna müsahibəsində bütün tərəfləri təxribatlardan çəkinməyə çağırıb. Onun fikrincə, snayperlərin bölgədən çıxarılması təkcə münaqişə tərəflərinə deyil, sülh danışıqlarını təşkil edən qruplara da yardım edərdi.

“BMT Qarabağ münaqişəsinə dair qəbul etdiyi dörd qətnamənin icrası üçün nə edə bilər?” sualına cavabında Ban Ki-Munun cavabı bu cür olub: “Mən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına köməyimi davam etdirəcəm. Ümid edirəm ki, tərəflər bütün mübahisəli məsələlərin danışıqlar stolu ətrafında müzakirəsini davam etdirəcəklər. Son danışıqlarda müəyyən irəliləyişlər əldə edilib. Yenə də ümid edirəm ki, Azərbaycan və Ermənistan münaqişənin həllinə dair baza prinsiplərini mümkün qədər tez razılaşdıracaqlar.”

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın işğal edilmiş rayonlarının dərhal azad olunması tələb edilir.

Dekabrın 1-də Astanada ATƏT ölkələrinin sammiti keçiriləcək. Həmin tədbirdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişinin də müzakirəsi gözlənir.

Azərbaycan və Ermənistan prezidentləri də sammitdə olacaqlar. Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə sonuncu Həştərxanda keçirilən üçtərəfli görüşdə prezidentlər Xarici İşlər nazirlərinə tapşırıblar ki, münaqişənin həllinə dair baza prinsiplərini razılaşdırb Astana sammitinə təqdim etsinlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG