Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:21

Medvedev Qərbi yeni silahlanma yarışıyla hədələyir


Növbəti onillikdə Rusiya ilə Qərb arasında yenidən silahlanma yarışı qızışa bilər. Rusiya Prezidenti Dmitri Medvedev noyabrın 30-da ölkə parlamentinə müraciətində belə deyib.

“Bu zalda açıq bildirmək istəyirəm ki, qarşıdakı 10 illikdə bizim iki alternativimiz var: Ya biz raket hücumundan müdafiə məsələsində razılıq əldə edirik və tammənalı əməkdaşlıq mexanizmi işləyirik, ya da belə bir razılaşma olmur və yeni silahlanma yarışı başlayır. Və belədə biz yeni hücum silahları yerləşdirmək haqda düşünməli olacağıq”.

Medevdev parlamentə müraciətində iqtisadi məsələr, ölkənin sosial inkişafı və demoqrafik böhrandan çıxış üçün hkumətin tədbirlərindən danışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG