Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

Zorlama qurbanları Angelina Colinin qovulmasını tələb edirlər


1990-cı illərin Bosniya müharibəsi dövründə zorlama qurbanları olan bir qrup qadın Hollivudun ünlü simalarından olan Angelina Colinin Bosniya üzrə xoşməramlı səfir işindən kənarlaşdırılmasını tələb ediblər. “Müharibənin qadın qurbanları” təşkilatının adından noyabrın 29-da yayılan məktubda qeyd edilir ki, artıq ona bir BMT səfiri kimi etibar etmirlər. zorlama qurbanı olmuş qadınlar Angelina Colini heç vaxt onlarla görüşüb problemləri ilə maraqlanmamaqda ittiham edirlər.

Coli bu ilin oktyabrında Bosniya müharibəsi dövründə müsəlman qadınla serb kişinin məhbbətindən bəhs edən film çəkmək istədiyini bildimişdi. Amma zorlama qurbanlarının şikayətləri ilə icazə problemləri ilə üzləşdiyindən çəkilişlərin çoxunu Macarıstanda aparmağa məcbur olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG