Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54














AY BƏNÖVŞƏ!

Müjdələdin sən baharı,
...Əriyir quzeyin qarı!
Di, boynunu bükmə, barı,
Göstər üzü, ay bənövşə!

Ürək-ürək yarpaqların,
Bəzəyidir bulaqların.
Sən olmusan yaylaqların,
Pəri qızı, ay bənövşə!

Qış yenidən bir dəm qurar
Sizi soyuq, şaxta vurar.
Qorxuram ki, bir də qırar,
Qəlbimizi, ay bənövşə!

Nə var açıb, tökməyəydiz
Sazaq dərdi çəkməyəydiz!
Bizim kimi, bükməyəydiz,
Boynunuzu, ay bənövşə!

Bəlkə sizə xəbər çatıb,
Türkün bəxti, yaman, yatıb!
Çəkirsiniz, dərdə qatıb,
Dərdimizi, ay bənövşə!

Didərginik, perik düşdük,
Qarda donduq, gündə bişdik..
Ayaqyalın, çılpaq keçdik,
Dağı, düzü, ay bənövşə!

Yurd dərdliyəm, nigaranam,
Göyçəliyəm, Qafandanam...
Görmək istər, ağlar anam,
Elimizi, ay bənövşə!

Örüş, yaylaq, yalım getdi,
Kilim, gəbə, xalım getdi!..
Ev-eşiyim, malım getdi,
Danla bizi, ay bənövşə!

Toy-nəşəsi sona çatdı,
Sazın səsi yoxdu, batdı!..
Yağı qırdı, sökdü satdı,
Kəndimizi, ay bənövşə!

Erməniyə kirvə dedik,
Bir süfrədə çörək yedik...
Namərdmiş bu, gözləmədik,
Qına bizi, ay bənəvşə!

Dost - dedilər, inandıq biz,
Namərdi arxa sandıq biz...
Gör bir, necə aldandıq biz!..
Anla bizi, ay bənövşə!

Qanı qanla yumadıq, biz!
Baş kəsmədik, çökəndə diz...
Bilmədi o – hayk, əsilsiz,
Qədrimizi, ay bənövşə!

Ermənidə yox qanacaq,
Həqiqəti çox danacaq!..
Öz qanıyla islanacaq,
Sırtıq üzü, ay bənövşə!

Atam şəhid, babam itgin,
Mən hazıram hərbə, bu gün!
Qisas! – deyə, ötkün-ötkün,
Səslə bizi, ay bənövşə!

Arzusudur bu hər kəsin,
Yusif qisasa səsləsin!
- Hərb yolu ilə alaq! - desin,
- Göyçəmizi, ay bənövşə!

Yusif Şükürlü
Şəki

Şərhləri göstər

XS
SM
MD
LG