Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Moldovada parlament seçkisini hakim alyans udur


Moldovada bazar günü keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə Baş nazir Vlad Filatın rəhbərlik etdiyi üç partiyadan ibarət indiki alyans çox cüzi səs fərqi ilə irəlidədir. Bülletenlərin 95 faizi artıq sayılıb.

Hakim alyans səslərin 51 faizini alıb. Bu faiz 101 nəfərlik parlamentdə Avropa təmayüllü alyansa parlamentdə 57 manadat verir. Amma prezidenti seçmək üçün onlara daha dörd mandat – 61 mandat lazımdır.

Müxalifətdə olan kommunistlər isə 40.5 faiz səs qazanıblar.

Keçən il kommunist prezident Voronin hakimiyyətdən gedəndən bu yana keçirilən bir neçə seçkidə siyasi qüvvələrdən heç biri parlamentdə yeni prezidenti seçə biləcək sayda mandat qazana bilməyiblər.

İndi əsas diqqət xarici ölkələrdə yaşayn 65 000 moldovalı seçicinin kimə səs verdiklərinə yönəlib. Çünki onların səsi vəziyyəti hakim alyansın xeyrinə dəyişə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG