Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

Bakıda İrana işləyən iranlılar?


İran bankı
«WikiLeaks» təşkilatının media qurumlarına sızdırdığı məlumatlarda Bakıda İran hökumətinə işləyən iranlılar haqqında da bilgilər yer alır.

Sənəddə «Bank of Baku»nun adı çəkilir, İran biznesmenləriylə əlaqələrindən, qeyri-qanuni pul köçürmələrindən danışılır.

«Bank of Baku»nun İdarə Heyətinin sədri Cəlal Qasımov deyir ki, yayılan xəbərlərdə «Bank of Baku» ilə bağlı təhrif edilmiş məqamlar var.

«Düzdür, Oromi ailəsi «NAB» şirkəti vasitəsilə bizim təsisçilərimizdən biridir. Onlar səhmlərin 40 faizinə sahibdirlər. Oromilər Türkiyə vətəndaşı olsalar da, əslən İrandandırlar. «NAB»ın «Bank of Baku»nun təsisçisi olması hər zaman açıq informasiya olub. Burada hər hansı gizli məqam axtarmaq yersizdir.

Oromi ailəsi Azərbaycanda başqa biznes fəaliyyəti ilə də məşğuldur. «Hyundai» şirkətinin Azərbaycan nümayəndəliyi, məişət avadanlıqlarının satışı ilə məşğul olan «Baku-electronics» şirkəti bu ailəyə məxsusdur. Onlar 90-cı illərin ortalarından Azərbaycandandır.

Cəlal Qasımov sənəddə adı çəkilən Cəmşid «Cuşkar» Mahmudoğlu adlı təsisçilərinin olmadığını da deyir.

BU İNFORMASİYALAR UYDURMADIR


Adil Şarabiani adlı bir iranlının «Bank of Baku»ya 5 milyon dollar verməsi qeyd edilənlərə gəlincə, bank rəsmisi bunu uydurma adlandırır:

«Təbii, bizim müştərilərimiz arasında Azərbaycanla yanaşı, İranın da, Türkiyənin də, ABŞ-ın da vətəndaşlar var. Ancaq Adil Şarabiani adlı müştərimiz heç vaxt olmayıb.

Bu informasiyalar olduqca qeyri-ciddidir. Azərbaycanda Milli Bank bütün bankları çox ciddi nəzarətdə saxlayır. Azərbaycanda bu gün hansısa bankın belə iri məbləğdə çirkli pulu yuması mümkün deyil. MB-ın yeni yaradılan Maliyyə-Monitorinq Xidməti bu məsələlərə çox ciddi nəzarət edir.

Bizə müraciət edən müştərilərin hamısı – AML (Anti Money Laundery) sistemi ilə yoxlanılır. Bu praktika bütün dünyada istifadə edilir. «Bank of Baku» vasitəsilə çirkli pulların yuyulması haqda deyilənlər hamısı uydurmadır».

Şərhləri göstər

XS
SM
MD
LG