Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:29

Moldavadakı parlament seçkilərində kommunistlər irəlidədir


Moldavada keçirilən parlament seçkisinin ilkin nəticələri göstərir ki, müxalifətçi kommunsitlər səslərin əksəriyyətini qazanıb. Ssələrin 80 faizinin sayılmasından sonra Mərkəzi Seçki Komissiyası bildirib ki, kommunistlər səslərin 41 faizini qazanıb, Liberal Demokratiya Partiyası topladığı 28 faizlə ikinci yer də gəlir. Demokratiya Partiyası 13 faiz, Liberal Partiyası isə 8 faiz səs toplayıb.

İlkin nəticələr bazar günü açıqlanan iki sorğunun nəticələrinə ziddir. Bu sorğularda qərb yönümlü partiyaların kifayət qədər səs topladığı göstərilir.

Parlamentdəki 101 deputat yeri uğrunda 20 siyasi partiya və hərəkat, habelə 19 müstəqil namizəd mübarizə aparıb.

Seçkilərin gedişini 600-ə yaxın müstəqil müşahidəçi izləyib.
Parlament 2009-cu ildə prezidenti seçə bilmədiyindən, vaxtındanəvvəl seçkilər təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG