Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:49

İsveçrədə gəlmələrə qarşı sərt qaydalar qəbul edildi


Noyabrın 28-də İsveçrədə ağır cinayətlər törədən, yaxud fırıldaq yolu ilə hökumətdən imtiyaz alan xaricilərin avtomatik olaraq ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı referendum keçirilib.

İsveçrənin SF1 kanalı xəbər verir ki, referendumda iştirak edən seçicilərin 52,9 faizi təklifin lehinə səs veriblər.

Təklifi İsveçrənin mühafizəkar Xalq Partiysı irəli sürmüşdü.

"Ağır cinayətlər" dedikdə - qətl, zorlama, insan alveri, narkotik ticarəti nəzərdə tutulur.

"Amnesty İnternational" öz bəyanatında bildirib ki, bu, İsveçrədə insan haqları üçün "qara bir gündür".

Switzerland Approves Foreigner Deportation

Referendum qabağı rəy sorğuları da təklifin keçəcəyini göstərirdi.

Ötən il həmçinin elə bu partiyanın təşəbbüsü ilə İsveçrədə yeni minarələrin tikintisi qadağan edilib.

İsveçrə qanunlarına görə, referendum keçirilməsi ilə bağlı təklif vermək və buna nail olmaq üçün müəyyən sayda imzanın toplanması kifayət edir.

Bundan istifadə edən millətçi qüvvələr axır illərdə bir neçə dəfə gəlmələrə qarşı oxşar təşəbbüslərlə çıxış ediblər.

Amma Isveçrədə miqrantların hüquqlarını qoruyan təşkilatlar bu qaydanın cinayətkarlığın səviyyəsini aşağı salacağını güman etmirlər.

Onlar bildirirlər ki, onsuz da hazırkı qanunvericiliyə görə, ölkənin milli təhlükəsizliyinə zərər vuran xaricilər deportasiya oluna bilər.

Hər il müxtəlif cinayətlərə görə İsveçrədən təxminən 750 xairici çıxarılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG