Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:09

26 Bakı komissarının qəbirqazanı nə deyir?


“Kommunist” qəzetinin 3 yanvar 1930-cu il sayında 26 Bakı komissarının güllələnməsi işi ilə bağlı istintaq edilən Luxmanofun istintaqından bəzi hissələr yer alır.

“29 meyit var idi. 26 komissar, üç nəfər naməlum şəxs idi. Dava-dərman olsa idi güllələnənlərdən bəzilərini xilas etmək olardı”.

“26 Bakı komissarlarının məzarçısı Luxmanof nə deyir?

Luxmanofun istintaq protokolları Az. Ədliyyə komissarlığına göndərilmişdir

LUXMANOF KİMDİR?

Luxmanof deyir ki, mənim 53 yaşım vardır. Ulyanof okruqu, Korsun dairəsi, Poqorelova kəndi kəndlilərindənəm. Çar xidmətində olub Rusiya-Yaponiya müharibəsində iştirak etmişəm. 1906-cı ildən Zakaspidə kuşki dəmir yol xəttində Komarova stansiyasında xidmətdə olmuşam.

1915-ci ildə məni Ağca kuyma stansiyasına baş işçi vəzifəsinə göndərmişlər. Luxmanof deyir ki, stansiyaya qəzet gəlmədiyinə görə vətəndaş müharibəsindən xəbərim yox idi. Luxmanof 24-cü ildə Lenin çağırışında firqəyə daxil olmuşdur.

26-LAR NƏ CÜR GÜLLƏLƏNİB?


Bakı komissarlarının güllələnməsi haqqında Luxmanof demişdir ki, yadıma gələn sentyabrın 19-da səhər bir dəstə iranlı işçilər ilə dəmir yolunu təmirə çıxdıq. Mənə xəbər verdilər ki, Pereval stansiyasından sürət qatarı gəlir. Qatar ilə gələn Eşqabad komissarı Funtikof 135-ci verstə bel və kürək ilə bir dəstə işçi tələb etmişdir.

135-ci verstdə biz iki vaqon ilə bir parovoz gördük. Funtikof, üç çuxur qazmağı bizə əmr edib, bunların nə məqsəd ilə qazıldığını söyləmədi. Çuxurlar qazılandan sonra bizə kənara çəkilməyi və siqnal verilənə qədər gözləməyi əmr etdilər. Dərhal güllələr atıldığını eşitdik. Biz dəstə ilə adamların vaqonlara dolduğunu gördük. Bir azdan sonra yenə güllələr atıldı. Belə görünür ki, dəstə ilə güllələyirmişlər.

Siqnal verilən kimi biz parovoza yaxınlaşdıq. Parovozun pilləkənində duran Funtikof, meyitlərin basdırılmasını bizə əmr etdi. Güllələnənlər qana batmış və başları parçalanmış halda hamısı ölmüş idilər. Meyitlərin və onların şeylərini çuxurda bir-birinin yanına yığıb, üstlərini torpaq ilə örtdük. 29 meyit var idi. 26 komissar, üç nəfər naməlum şəxs idi.

Haman gecə bu güllələnənlərin Bakı komissarları olduqlarını və Funtikofun bu işə bais olduğunu mənə söylədilər.

Çuxur qazmaq və meyitləri dəfn etmək üçün bir aydan sonra rusların hər birinə 500 nikolay rublu, iranlılara isə türkmən bonu verdilər. Deyirdilər ki, güllələnənlərin yanında 42 milyon pul var imiş.
Meyitləri vəhşi heyvanlar eşib çıxarmasın deyə, meyitlərin dəfn olunduqları yerə baxmağı mənə tapşırdılar.

20-ci ildə hökumət bolşeviklərin əlinə keçəndə mən başqa işçilər ilə bir yerdə o yeri qazıb meyitlərin kemiklərini tabutlara doldurdum. O zaman bu barədə bizi danışdıran olmadı.

LUXMANOFUN BİR –BİRİNƏ ZİDD SÖZLƏRİ


Burasını qeyd etməlidir ki, Luxmanofun Sırzan kontrol komisyonunda dedikləri ilə indiki dedikləri arasında təfavüt vardır. Orada Luxmanof demişdir ki, dava-dərman olsa idi, güllələnənlərdən bəzilərini xilas etmək olardı. Bu dəfə isə Luxmanof onların hamısının ölmüş olduğunu göstərmişdir.

LUXMANOF BU İŞİ NƏ ÜÇÜN GİZLƏDİRMİŞ


Luxmanofun firqəyə daxil olmasına gəldikdə Luxmanof bu işdə iştirak etdiyini alçaqcasına gizlədirmiş. Bu il iyul ayında firqə təmizliyində təmizlik komisyonu sədri ona belə bir sual verir:

- 26 komissarın güllələnməsi haqqında bir şey bilirsənmi?

Luxmanof bildiklərini söyləməyə məcbur olur. Luxmanof demişdir ki, məndən xəbər almasa idilər, mən nəql etməzdim. Luxmanof deyir ki, o zaman mən Funtikofun əmrinə itaət etməsə idim, məni güllələyərdilər.

Funtikofun mühakiməsi olan zaman nə üçün səsini çıxarmadığı sualına cavab olaraq Luxmanof demişdir ki, o zaman danışmağı lazım görmədim. Luxmanof komissarlar güllələnən zaman orada olan işçilərdən xəbəri olmadığını, Funtikofun yaxın adamlarını və bu işdə cəzaya düçar edilən başqalarını tanımadığını söyləmişdir.

Luxmanof Bakıda mühakimə edilməlidir.

Burada göstərdiklərimiz Luxmanofun danışdırılmasının bir hissəsidir. Bu istintaq Luxmanofun işinə Bakıda baxılması lazım gəldiyini göstərir. Luxmanofun məhkəməsinin Bakıda olması 26 komissarı güllələməsi təfsilatını aşkar edə bilər. Bunun isə Bakı proletariatı üçün istər siyasi və istərsə tarixi əhəmiyyəti vardır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG