Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:52
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha bir iş üzrə qərarını açıqlayıb. Bu, “Faber” firmasının və Sabir Cəfərovun Azərbaycana qarşı işi üzrə qərardır.
“Faber” firmasının təsisçisi və rəhbəri Sabir Cəfərov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 24 iyul 2000-ci il tarixli sərəncamı ilə tikinti aparmaq məqsədilə torpaq sahəsi alıb. BŞİH ilə torpaq sahəsindən 49 il müddətinə istifadə hüququ ilə bağlı icarə müqaviləsi bağlayıb. Bundan sonra o, ərazidə tikinti işlərinə başlayıb. Lakin BŞİH tikintini dayandırmağı tələb edib və 2 yanvar 2003-cü il tarixli sərəncamı ilə 2000-ci ildə verdiyi sərəncamı ləğv edib.

Sabir Cəfərov həmin sərəncamın ləğv edilməsi tələbilə iddia qaldırıb. İqtisad Məhkəməsi iddianın qərarın qanunsuzluğu ilə bağlı hissəsini təmin edib. Lakin çoxsaylı tələblərinə və icra əmrinin dəfələrlə BŞİH-ə göndərilməsinə baxmayaraq, ərizəçinin torpaq ərazisindən istifadə hüququ bərpa olunmayıb.

Avropa Məhkəməsi ərizəçilərə dəymiş mənəvi ziyana görə 4800 avro, maddi ziyana görə isə 1500 avro kompensasiya müəyyən edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG