Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11

Tbilisidə iki partlayış olub


Noyabrın 28-i gecə saatlarında Gürcüstanın paytaxtı Tbilisidə iki partlayış olub. Bu barədə yerli “Qruziya Online” saytı məlumat yayıb.

Məlumata görə, birinci partlayış yerli vaxtla gecə 01:40-da Cavaxişvili küçəsində, Leyboristlər partiyasının ofisi qarşısında baş verib. Partlayış nəticəsində bir nəfər ölüb. Dörd nəfər yerli sakin və partiya qərargahının mühafizəçisi yaralanıb.

Şahidlər partlayıcı qurğunun yaxınlığda dayanan gümüşü “Mersedes” də qurulduğunu ehtimalı edirlər.

İkinci partlayış isə saat 03:00 radələrində Muxiani rayonundakı Noneşvili küçəsindəki mağazadan bir qədər aralıda baş verib.

Partlayış nəticəsində yaxınlıqdakı evlərin pəncərələri qırılsa da, xəsarət alan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG