Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15

«Xarici qüvvələr Azərbaycan gəncliyindən yararlanmağa çalışır»


Gənclər Bakıda

Gənclər Bakıda

Frankfurtda (Almaniya) Dünya Azərbaycanlı Gənclərin I Konqresi işə başlayıb.

Tədbirdə Azərbaycandan 41, xaricdən isə 23 ölkədən 131 gənclər təşkilatının təmsilçisi iştirak edir. Bundan başqa, 25 ölkədən 41 diaspor təşkilatının rəhbərləri də konqresin işinə qatılıblar.

Konqresdə Gənclər və İdman Azad Rəhimov bildirib ki, son 5 ildə gənclərlə əlaqəli 350-dən artıq layihənin dəstəyi üçün dövlət büdcəsindən 4 mln. manata yaxın vəsait ayrılıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, gənclər siyasəti Azərbaycan dövlətinin yürütdüyü siyasətin aparıcı istiqamətlərindən biridir:

«Azərbaycan gəncliyi təkcə dövlətin deyil, eyni zamanda bir çox beynəlxalq dairələrin əsas hədəflərindən biridir. Azərbaycan cəmiyyətinə təsir etmək istəyən daxili və xarici qüvvələr - istər dost olsun, istər antiazərbaycan - Azərbaycan gəncliyinə əl uzadıb, bu gənclikdən yararlanmağa, gəncliyi öz məqsədlərinə müvafiq idarə etməyə çalışır. Bunları nəzərə alan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri ayıq, yetkin dövlət təfəkkürlü, milli dəyərlərə malik sağlam, mənəviyyatlı gənclərin yetişdirilməsidir».

Dünya Azərbaycanlı Gənclərin I Konqresi noyabrın 28-də başa çatacaq. / APA /

Şərhləri göstər

XS
SM
MD
LG