Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

Naxçıvanda müxalifətçi aclıq aksiyasını davam etdirir


Məmmədqulu Əliyev
Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev aclıq aksiyasını hələ də davam etdirir.

O, aclıq aksiyasına özünün və oğlu Hafiz Əliyevin hüquqlarının bərpa olunmaması tələbi ilə noyabrın 22-də başlayıb.

Belə ki, parlament seçkilərindən sonra noyabrın 8-də oğlu Hafiz Əliyev, bundan iki gün sonra isə o, müəllim işlədikləri məktəbdən çıxarılıblar.

Məmmədqulu Əliyev işdən çıxarılmalarını özünün müxalifətçi olması və oğlanlarından birinin 7 noyabr seçkilərində müşahidəçi kimi iştirakı ilə izah edir.

AzadlıqRadiosundan dəfələrlə müraciət olunmasına baxmayaraq, Şahbuz rayon təhsil şöbəsindən məsələyə indiyə qədər münasibət bildirilməyib.

Naxçıvan MR-nın Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev isə AzadlıqRadiosuna müsahibəsində baş verənlərin müxalifətçiliklə əlaqələndirilməsinin düzgün olmadığını deyib.

Məmmədqulu Əliyevsə hüquqları bərpa olunanadək aclıq aksiyasını davam etdirəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG