Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:57

ABŞ özünü Talibanın lideri kimi qələmə verən adama inanmırmış


Vaşinqton özünü talibançıların lideri kimi qələmə verən şəxsin həmin adam olmamasından çoxdan şübhələnirdi.

Bunu ABŞ silahlı qüvvələri qərərgah rəisləri birləşmiş komitəsinin rəhbəri Mayk Mallen bu gün CNN-ə müsahibəsində deyib.

O, həmçinin həmin adamın Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşməsi ilə bağlı kütləvi informasiya vasitələrinin yaydıqları məlumatları rədd edib.

Bundan əvvəl Əfqanıstan hökumətinin bu ilin mayından həmin adamla milli barışıqla bağlı danışıqlar aparması barədə məlumatlar yayılmışdı.

Həmin adam özünü taliban rəhbərliyində ikinci füqur hesab olunan Ahtar Məhəmməd Mənsur kimi qələmə verirmiş.
Deyilənlərə görə, o, Həmid Kərzai ilə görüşüb, ondan böyük məbləğdə pul da alıb.
XS
SM
MD
LG