Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:52

Amerikalı həmsədr E.Məmmədyarovla görüşüb



ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

APA-nın məlumatına görə, görüşdə ATƏT-in Astana sammiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair məsələlər müzakirə olunub.

Bundan başqa, amerikalı diplomat həmsədrlərin Ermənistanda keçirdiyi görüşlər barədə nazirə məlumat verib.

Qeyd edək ki, noyabrın 25-də Bakıya gələn ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycanda görüşlər keçirdikdən sonra ertəsi gün Yerevana yollanıblar.

Yerevanda keçirilmiş görüşlərin nəticələri barədə Azərbaycan tərəfinə məlumat vermək üçün isə amerikalı və rusiyalı həmsədrlər dünən yenidən Bakıya qayıdıblar.

Fransalı həmsədr Bernar Fasiye isə ölkəsinə gedib.
O, danışıqlar barədə Fransa rəsmilərinə məlumat verdikdən sonra Astanaya yollanacaq.

Digər həmsədrlər isə noyabrın 28-də Astanaya gedəcəklər.
Digər həmsədrlər isə noyabrın 28-də Astanaya yola düşəcəklər.

Qeyd edək ki, dekabrın 1-2-də Astanada ATƏT-in sammiti keçiriləcək.

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də nəzərdə tutulub.
XS
SM
MD
LG