Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:50

«Əlinizi ayılardan və qəzetlərdən çəkin!» şüarı ilə aksiya


Jurnalistlərin aksiyası, 14 iyun 2007
Jurnalistlərin aksiyası, 14 iyun 2007
«Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin jurnalistləri «ZQAN holdinq»in prezidenti Anar Məmmədov və onun atası, Nəqliyyat naziri Ziya Məmmədovun iş yerlərinin qarşısında aksiyalar keçirməyə qərar veriblər.

Bu barədə AzadlıqRadiosuna «Yeni müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

Aksiyada «Ayılardan və qəzetlərdən əlinizi çəkin!», «Nazir oğlu, çörəyimizə bais olma!», «Ayını yeyib hesabını qəzetlərə ödətməyin!», «Dünya, bizi ayıyeyənlərdən qoru!» kimi şüarlar səsləndirəcəklər. Razılığa gəlinsə, aksiyalarda ayı şəkillərindən də istifadə olunacaq.

Rauf Arifoğlu: «Ölkə və dünya ictimaiyyətinə müraciətlər edəcəyik. Bu və digər üsullarla müdafiəmizi təşkil edəcəyik. Hesab edirəm ki, hakimiyyət qəzetlərin üzərinə gəlirsə, prosesi Anar Məmmədovla başlatma seçimi yanlışdır. Yox, bu, Anar Məmmədovun şəxsi təşəbbüsüdürsə, qəzetlərin sıradan çıxarılması tapşırığı siyasi hakimiyyət tərəfindən verilməyibsə, onda iddiaya son qoyulmalıdır».

Rauf Arifoğlu deyir ki, ən azı, cərimə məbləğləri elə məhkəmənin hazırlıq iclasında iddia ərizəsindən götürülməlidir. Məqsəd ayı yemək iddiasını üzərindən götürməkdirsə, bunu təkzib vermək və ya hansısa açıqlama yaymaqla da etmək mümkündür.

Bundan başqa, Rauf Arifoğlu deyir ki, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə ATƏT-in Bakı ofisinin rəhbəri və ATƏT ölkələrinin səfirləri ilə görüşlər keçirməyi də planlaşdırırlar.

Anar Məmmədov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərini onun bir restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib.

Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin edilib.

Yasamal rayon Məhkəməsinə müraciət edən nazir oğlu hər iki qəzetin ayrı-ayrılıqda 250 min manat cərimə edilməsini və həmin yazıların təkzib olunmasını istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG