Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:02

Türkiyədə müalicə olunan Yaşar Nurinin səhhətində dəyişiklik yoxdur


Azərbaycanın xalq artisti Yaşar Nuri hələ də İstanbul Memorial Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.

Bu barədə «APA»ya açıqlamasında Memorial Xəstəxanada olan Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Həkimlər Yaşar Nurinin səhhətini nəzarət altında saxlayır, müalicəni davam etdirirlər:

«Yaşarın səhhətində hələ ki, dəyişiklik yoxdur. Bu gün həkimlə görüşməliyəm, onunla danışacağam. İnşallah, hər şey yaxşı olacaq».

R. Nuriyeva Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun aktyora baş çəkdiyini, onun səhhəti ilə mütəmadi maraqlandığını deyib. Eləcə də Türkiyədə yaşayan azərbaycanlı tələbələr də xəstəxanaya gələrək Y. Nurinin səhhətində yaranmış problemlərə görə narahatlıqlarını ifadə edirlər.

Rəhimə xanım Azərbaycan rəsmilərinin də aktyorun səhhəti ilə maraqlandıqlarını bildirib:

«Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev də zəng edib, maraqlanıblar. Azərbaycandan çoxsaylı zənglər gəlir. Mən bilirəm ki, Yaşarın vəziyyəti hamını çox narahat edir, hamı maraqlanır. Heç kim duasını Yaşardan əsirgəməsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG