Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Nənəsi dua edir ki, Barak Obama İslama gəlsin




ABŞ prezidenti Barak Obamanın keniyalı nənəsi deyir ki, o, Məkkədə həcc ziyarəti zamanı dua edib ki, Amerika lideri İslama gəlsin.

«Oğul nəvəm Barak üçün dua etdim. Dua etdim ki, o, İslama gəlsin», - 88 yaşlı Sarah Omar Səudiyyə Ərəbistanın «Əl-Vətən» qəzetinə hacı olmaq üçün ayinləri yerinə yetirərkən deyib.

Qəzet yazır ki, Sarah Omar Səudiyyə Ərəbistanına, ziyarətə oğlu, Obamanın əmisi Səid Hüseyn Obama və dörd nəvəsi ilə gəlib.

Omar deyib ki, o, yalnız həcc ziyarəti ilə bağlı danışa bilər, Obamanın siyasətinə şərh verə bilməz.

Ailə Səudiyyə Ərəbistanı hökumətinin diqqətində olub. Səid Kral Abdullaya onun «xeyirxah qonaqpərvərliyi» üçün ona təşəkkür edib, - qəzet yazır.

Birləşmiş Ştatlarda bu ilin avqust ayında aparılan sosial sorğular göstərib ki, hər beş amerikalıdan biri Barak Obamanın müsəlman olduğuna inanır.

Ağ Ev bu iddianı qəti şəkildə rədd edib və onun «sədaqətli xristian» olmasını təsdiqləyib.

Şərhləri göstər

XS
SM
MD
LG