Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Həmsədrlərdən ikisi təzədən Bakıya dönüb


Noyabrın 26-da günorta Bakıdan Ermənistana gedən ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye və İqor Popov Yerevanda Xarici İşlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla görüşüb. Anspressin məlumatına görə axşam saatlarında Robert Bradtke və İqor Popov yenidən Bakıya dönüblər.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye isə Yerevandan Parisə uçub. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişi barədə Fransa rəhbərliyini məlumatlandırdıqdan sonra digər həmsədrlərlə birlikdə noyabrın 29-da Astanaya gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG