Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:22

TV jurnalistin Rusiya jurnaslitikasını silkələdən nitqi


Vladislav Listyev 1995-ci ildə qətlə yetirilib

Vladislav Listyev 1995-ci ildə qətlə yetirilib

Anna Kaçkaeva

Noyabrın 25-də Moskvada, “Ostankino”da yeni təsis edilmiş Vladislav Listyev adına mükafatın ilk təqdimetmə mərasimi gözlənilməz qalmaqalla yadda qalıb. Bunun da günahkarı mükafatın ilk sahibi Leonid Parfyonovdur.

Çoxdandır ki, bu sayda televiziya rəhbərləri və teleulduzlar bir arada görünməmişdi. Nəfis tərtib olunmuş arzu dolu baxışlarla göyə baxan uşaq heykəlciyi ilə bəzədilmiş “Ostankino”nun məşhur birinci studiyasında Listyevin kim olduğunu xatırlayırdılar...

7 DƏQİQƏLİK ÇIXIŞ

Vladislav Listyevin adına olan ilk mükafatı Leonid Parfyonov aldı. Altı ildir ki, o, efirdə mütəmadi işləmir, amma filmləri məhz "Birinci kanal"da yayımlanır. Heykəlciyi alan Leonid Parfyonov dedi ki, təşkilatçılar ondan 7 dəqiqə nəyi istədiyi və nəyi vacib saydığı barədə danışmağı xahiş ediblər:

- Mənə dedilər ki, bu gün nəyi aktual sayıram o barədə 7 dəqiqə danışım. Amma həyacanlıyam, ona görə də kağızsız söyləmək istəmirəm. Birinci dəfə bu studiyada kamera qarşısında çıxışımı üzündən oxuyacam.

Leonid Parfyonov çıxışında bildirdi ki, o, bu gün xəstəxanada bu yaxınlarda dəmirlə döyülmüş jurnalist Oleq Kaşinin yanında olub. Onun sifətini demək olar ki, həkimlər yenidən bərpa ediblər, bu isə rusiyalı jurnalistlərin sifətini yenidən bərpa etmək deməkdir.

Parfyonov çıxışında dedi ki, televiziyalardakı xəbər və təbliğat xarakterli proqramlara baxanda sanki başqa Rusiya haqqında eşitməli olursan:

YouTube-dan video


TƏNQİDİ HEÇ NƏ EŞİDİLMİR


- Televiziyalarda tənqidi, skeptik və ironik heç nə eşidilmir. Jurnalistlərin öz işlərini yerinə yetirməmələri ucbatından seyrçilərin sayı kəskin azalıb. Yüksək hakimiyyət hörmətli mərhum kimi təqdim edilir, ya barəsində yaxşılığa danışılır, ya da heç nə deyilmir.

Ümumiyyətlə, jurnalistika, söz azadlığı ilə bağlı nə baş verdiyi barədə Parfyonov özunəməxsus, parlaq obrazla danışdı.

Yeddi dəqiqəlik monoloq gərgin sakitçilik altında dinlənildi. Parfyonov “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovun Vladimir Putinə verdiyi narahat sualı da xatırlatdı. Jurnalist soruşmuşdu ki, niyə Mixail Xodorkovskini (Rusiyalı eks-milyarder, hazırda həbsdədir - red.) küncə sıxışdırdız. Parfyonov dedi ki, təsəvvür edin ki, belə bir sualı televiziya jurnalisti verir, bu mümkün deyil. Onun sözlərinə görə, indi televiziyaya hər şey var, bircə vətəndaş cəmiyyəti-siyasi institutdan başqa.

HƏR KƏS ÇALIŞIRDI Kİ, SİFƏTİNİ QORUSUN

Leonid Parfyonov
Parfyonov çıxışını bitirən kimi onu alqışladılar. Biz boylandıq ki, onu nəyə görə alqışladılar? Amma fikirləşdim ki, bəziləri üçün bayram korlandı. Rabitə naziri Şeqolev “Ostankino”ya Parfyonovun çıxışından sonra gəldi. Amma yəqin ki, artıq ona bu çıxış barədə xəbər vermişdilər. Mərasimə həm də Prezident Adminstrasiyasının və vaxtilə “VİD”də (sovet dövrünün süqutu ərəfəsində Vladislav Listyevin də təsisçiləri arasında olduğu populyar studiya – red.) işləmiş, indi “Vahid Rusiya” partiyasının Gənclər Təşkilatının təmsilçilərindən olan İvan Demidov da gəlmişdi.

Hər halda hər kəs çalışırdı ki, sifətini qorusun – axı bu həqiqətən də rəsmi mərasimdir, axşam geyimləri, şampanı ilə birgə...Və hər kəs qalibi necə lazımdır, alqışlayırdı, - o kəsi ki, sözsüz, Rusiya televiziyaları çox rəngarəngliyi ilə ona borcludur, o kəsi ki, “infoteyment” anlayışını Rusiya televiziyasına gətirdi və bu gün jurnalist kimi, sözsüz həm də vətəndaş kimi çıxış etdi.

ŞƏRH EDİLMƏLİ BİR ŞEY YOXDUR

Leonid Parfyanov bu çıxışının videogörüntüsünü öz bloqunda da yerləşdirib. Ona 800-dən çox şərh gəlib. Şərhlərin əksəriyyətində onun bu hərəkəti təqdir edilir. Leonid Parfyonov hamıya təşəkkür edib, yazıb ki, hərəkətində şərh edilməli bir şey yoxdur:

“Mən necə deməliydimsə, o cür də demişəm”.

/Sayta hazırladı: Səadət Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG