Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Putin rus şirkətlərinə Avropa ölkələrinə pul qoymağa imkan verilmədiyini deyir


Rusiyanın baş naziri Vladimir Putin bildirir ki, rus şirkətlərinə Avropa ölkələrinə sərmayə qoymağa imkan vermirlər. Bu barədə o, noyabrın 26-da Berlində keçirilən iqtisadi forumda deyib.

Putinin sözlərinə görə çox sayda Rusiya şirkəti Avropa ölkələrindəki layihələrə pul qoymaq istəyir. Amma müxtəlif siyasi və iqtisadi motivlərlə onların yolları kəsilir.

Günün sonunda Vladimir Putin Almaniyanın Baş naziri Angela Merkellə görüşəcək. Həmin görüşdə E.ON Ruhrgas çirkətinin Rusiyanın qaz nəhəngi Qazprom şirkətindəki 4.5 milyard dollarlıq payının taleyi də müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG