Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:44

Rusiya parlamenti: Katın qırğınına Stalin göstəriş verib


Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının noyabrın 26-da qəbul etdiyi bəyanatda Katın qırğınına Sovet diktatoru İosif Stalinin göstəriş verdiyi bildirilir.

II Dünya müharibəsi dövründə - 1940-cı ildə sovet gizli polisi Polşanın tanınmış şəxsləri və ordu zabitlərindən ibarət 20 000 adamı Rusiyanın qərbində qətlə yetirib. Bu hadisə uzun müddət iki ölkə arasında polemika və münasibətlərin korlanmasına səbəb olmuşdu. Sovet İttifaqı əvvəllər bu hadisəni faşist almaniyasının törətdiyini iddia edirdi.

Rusiya Dövlət Dumasında bugünkü müzakirələrdə kommunistlər polşalıların ayrıca götürülməsinə etiraz ediblər, onlar bildiriblər ki, əslində elə Sovet vətəndaşlarının özləri də Stalin repressiyasının qurbanı olub.

Polşa parlamentinin spikeri Rusiya Dövlət Dumasının bugünkü qərarını yaxşı addım və iki ölkə arasında inamın yaradılması istiqamətində vacib addım adlandırıb.
XS
SM
MD
LG