Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:24

Makedoniya polisi televiziya şirkətinin binasına girib



Makedoniyada polis A1 adlı özəl telekanalın ofisində reyd keçirib. Noyabrın 26-da aparılan reydə səbəb kimi də saxtakarlıqla bağlı araşdırma apardığını bildirib.

Polisin reydinə etiraz olaraq bir neçə yüz adam telekanalın binasının girişə toplaşıb. Onlar bunun əslində mühafizəkar hökumətin telekanala təzyiq cəhdi olduğunu deyirlər.

Daxili İşlər Nazirliyi polisin yalnız müstəntiqləri müşayiət etdiklərini bildirib. Nazirlik onların bəzi şirkətlərin saxta sənədlərini araşdırdıqlarını, telekanalın hədəf olmadığını bildirir.
XS
SM
MD
LG