Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:38

Avropa Birliyinin rəsmisi Piter Semnebinin Azərbaycanda görüşləri davam edir



Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanda görüşləri davam etdirir. Onun Bakıdakı müşaviri Yeva Kupçe dünən Mərkəzi Seçki Komissiyasının üzvləri, həmçinin hakim partiyanın və müxalifət partiyalarının nümayəndələri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda keçirilmiş parlament seçkiləri olub.

Bu gün Piter Semnebi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, seçkiləri müşahidə etmiş yerli QHT-lərin təmsilçiləri ilə görüşəcək.

Onun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla da görüşləri planlaşdırılır. Piter Semnebinin Azərbaycana səfəri bu gün başa çatacaq, o Bakıda Tiflisə yola düşəcək.
XS
SM
MD
LG