Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Rəsmi Azərtac informasiya agentliyi xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmsədrlər noyabrın 24-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüblər.

Vasitəçilər Bakıdan sonra Ermənistana gedəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü oktyabrın 27-də Həştərxanda Rusiya prezidenti Dmitriy Medvedevin vasitəçiliyi ilə keçirilib, humanitar xarakterli- əsirlərin qarşılıqlı mübadiləsinə dair sənədlər imzalanıb.

Dekabrın 1-2-də isə Qazaxıstanın paytaxtı Astanada ATƏT-in samitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG