Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:41

Çağdaş Azərbaycan poeziyasında məmur obrazları
















Rasim Akifoğlunun 2007-ci ildə çap edilmiş “Dünya məndən nə istəyir” kitabından (şeirlərdən parçalar)


Xalqın iftixari

Kəmaləddin Heydərov cənablarına

Fövqəladə hallar nazirliyində,
Onun yaranması, möhkəmliyində,
Peşəkarcasına işbirliyində,
Danılmaz xidməti, Kəmaləddinin...

Xalqına can-başla eyləyir xidmət,
İdmana qayğısı olubdur əlbət,
Xeyirxah işlərə eyləyib adət,
İtməsin zəhməti Kəmaləddinin...


Dövlətin adamı

Həmyerlim Ziya Məmmədov cənablarına

Dövlətdən məsul bir vəzifə aldın,
Nəqliyyat naziri oldun, ucaldın,
Daim bu millətin qeydinə qaldın,
Tanrıdan yazılıb qismətin, Ziya...

Rasim can sağlığı arzular sizə,
İlahi dəyməsin saf qəlbinizə,
Həmişə arxasız, dayaqsız bizə.
Sənə heyran oldu millətin, Ziya,
Məsul bir şəxsisən dövlətin, Ziya...


İmamın adaşı

Əli Abbasov cənablarına

Qəlbi var şüşətək, ləkəsiz-xalsız,
Şirindil insansan, dodağı balsız,
Hər şey təbiidir, sorğu-sualsız,
Yaxşı insanlara sirdaşsan, Əli...

Səmimi sözləri deyirəm aydın,
Qəlbimin səsinə qulaq asaydın,
Görən biz neyləyərdik, sən olmasaydın,
Birinci imama adaşsan, Əli...


Allah köməyin olsun

Möhtərəm Əhməd Cuma oğlu Əhmədzadəyə

Adında məna var, açması bəlli,
İlahi müjdəsi, qəlbə təsəlli.
Dilərəm Tanrıdan mən iki əlli,
Sönməsin o nurlu çırağın, Əhməd...

İlahi çiləyib nurun gözlərə,
Layiqsən hər cürə şirin sözlərə,
Mehriban insansan kimsəsizlərə,
Razı gəlib-gedib qonağın, Əhməd.

Arxasız insana arxa-köməksən,
Könüllər fəth edən arzu-diləksən,
Sən insan cildinə girmiş mələksən,
Qurumasın dilin-dodağın Əhməd.


Yaxşı insan

Möhtərəm Musa Pənahova

Qüdrətli Tanrımız xəlq edən zaman,
Ona öz nurundan edib pay-nişan.
Dünyada tanınır bu böyük insan,
O yaxşı insanı Allah saxlasın...

Müqəddəs bir pirdi, ziyarətgahdı,
Fələyin gərdişi ona agahdı,
Qəlbi imanlıya arxa dayaqdı,
O yaxşı insanı Allah saxlasın...


Evin tikilsin

Gözəl insan Səttar Mehbalıyeva

Gözəl Naxçıvan diyarındansan,
Yaxşı bir insansan, yüz kərə dan sən,
Xeyirxah mələksən, müqəddəs insan,
Mən belə tanıdım səni, a qardaş...

Qoy evin tikilsin, sənə halaldır,
Şirin xoş sözlərin dodaqda baldır,
Hər bir ayrılığın sonu vüsaldır,
Çıxmasın yoluna sənin qəlbi daş...


Allaha bağlı bəndə

El ağsaqqalı Hacı Fəttah Heydərova

Gedib gəldin Həccə, bağlısan dinə,
Dedim ürək sözüm, boşalsın sinə.
Qəlbində yer yoxdur küdurət-kinə,
Rahatlıq tapıram səni görəndə,
Allaha bağlı, ey müqəddəs bəndə...

Kimsə düşünməsin umacağım var,
Sadəcə qəlbimin sözün etdim car.
Böyük Allah özü sizə olsun yar,
Ay Hacı, vurğunam səndəki zəndə,
Allaha bağlı, ey müqəddəs bəndə.


Olmasa

Xeyirxah insan Hüseynbala Mirələmova

Xeyirxah işlərə göstərdin həvəs,
Sayəndə alırıq bir udum nəfəs,
Bu millət görəsən neyləyərdi bəs?
Sənin tək xalq üçün yanan olmasa...

Qonağın qapından qayıdıb razı,
Bəxş etdin qəlblərə baharı-yazı,
Rasimin şirindir, xoşdur avazı,
Yazmaram sözlərim dastan olmasa.


Kim kimdir

Millət vəkili Əhəd Əhmədova

Yaxşı insanların qadasın alım,
Onlar göydən enmiş mələk kimidir,
Yaxşı insanların qeydinə qalım,
Onlar geniş, nurlu ürək kimidir...

Qalmısan qeydinə hər bir adamın,
Hər kəsə qəlb ilə olub salamın,
Çox olsun hörmətin, həm ehtiramın,
Sənintək insanlar çiçək kimidir...


Komissar

Əliağa Ağayevə

Böyük sərkərdəsən Milli Orduya,
Qoyma bu milləti getsin yuxuya.
Sirri pünhan etmə düşmənlər duya,
Hərbidə sən təksən, yoldaş komissar...

Yeni çağırışçılar dursun ayağa,
Hücum əmri verib get Qarabağa,
Vətən torpaqları keçib caynağa,
Hamıdan zirəksən yoldaş komissar...


Palmali şirkəti

Mübariz Mənsimova

Belə bir insan var, o, Lənkərandandı,
Millətin, xalqının oduna yandı,
Yaxşılıq eyləyib sonunda dandı,
Tanıyır səni xalq, millət, Mübariz.

“Palmali” şirkəti daim var olsun,
Allah özü sənə görüm yar olsun,
Qardaşı Mais də bəxtiyar olsun,
Qəlbimdə var sizə hörmət, Mübariz.

Çempion olacaq Xəzər-Lənkəran,
Futbol komandası bu il bax, inan,
İndidən yazıram haqqında dastan,
Tanrıdan var belə qismət, Mübariz...


Yol polisi zabiti

Zaur Aydın oğlu Cəfərova

Polis zabitisən sən açıq-aşkar,
Qoy olsun köməyin o, pərvərdigar.
Bu şeiri Rasimdən saxla yadigar,
Atanın adını uca tut, Zaur,
Dərdi-qəmi həyatda gəl unut, Zaur.


İlhamla irəli

Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarına həsr olunur.

Qurub-yaratmaqdı fikri-amalı,
Hər yanda tikinti gedir sürətlə,
Zehni, şüuru var, ağlı-kamalı,
Ölkəyə gələnlər baxır heyrətlə...

Məscidlər tikdirir, açır mədrəsə,
Xalqı din-imana, haqqa səsləyir.
Qəlblər dağa dönür, gəlir həvəsə,
Hər kəsə qəlbində sevgi bəsləyir...

Ali baş komandan, orduya rəhbər,
Qüdrətli sərkərdə Babək kimidir.
Düşmən üzərində çalacaq zəfər,
Göylərdən yerə enmiş mələk kimidir...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG