Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Əli Həsənov: «Dövlət tərəfindən maliyyələşən QHT-lər daha az asılıdır»


Əli Həsənov
Əli Həsənov
“Azərbaycanda dövlət tərəfindən maliyyələşən QHT-lər beynəlxalq donorlarla işləyən QHT-lərlə müqayisədə dövlətdən daha az asılıdır”.

Azərbaycan baş nazirinin müavini Əli Həsənov jurnalistlərə belə deyib. Onun fikrincə, buna səbəb vəsaitin QHT-lərə birbaşa deyil, Şura (Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nəzərdə tutulur)
tərəfindən verilməsidir.

Baş nazirin müavini deyir ki, dövlətin üçüncü sektora maliyyə ayırması QHT-lər özlərini formalaşdırana qədər davam edəcək.

Əli Həsənovun fikrincə, bəzi QHT-lərin xoşagəlməz beynəlxalq donorların təsiri altına düşməsi tək Azərbaycanda deyil, bütün dünyada mövcuddur və bu, tədricən aradan qalxacaq.

O hesab edir ki, dövlət prioritet sahələri özündə saxlamaqla, bəzi sahələri tədricən QHT-lərə ötürməlidir və bununla hökumətin yükü yüngülləşmiş olar.

Baş nazirin müavininin qənaətinə görə, vətəndaş cəmiyyətinin inkişafında vahid forma yoxdur ki, hər ölkədə tətbiq edilsin. Onun fikrincə, hər bir ölkənin, millətin yaşayış tərzi, milli mentaliteti var. Bu sahədə hansısa dövlətə vahid formanı yeritmək istəyi doğru deyil.

Hazırda Azərbaycanda 2600-dən artıq QHT var və onun 107-si beynəlxalq QHT-dir.

Azərbaycanda bəzi QHT təmsilçiləri isə hesab edirlər ki, dövlət üçüncü sektora maliyyə ayırmaqla onları özündən asılı vəziyyətə salmaq istəyir və buna da qismən nail olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG