Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:31

“Xəzər İransız bölünə bilməz!”


“Rəsmi Tehran Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Rusiya, Türkmənistan dövlətlərinin ikitərəfli qaydada imzaladığı sazişləri tanımır”. Bu sözləri mediaya açıqlamasında İranın xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə deyib.

O bildirib ki, Xəzərin hüququ statusu ilə bağlı saziş konsensus və ədalət prinsipinə əsaslanmalıdır:

“İranın Xəzərdəki payı 20, ya da 40 faizlə məhdudlaşdırılmamalıdır. Sahilyanı dövlətlərin danışıqları 1921 və 1940-cı illərdə rəsmi Moskva ilə Tehran arasında imzalanan sazişlər əsasında aparılmalıdır”.

Axundzadə onu da vurğulayıb ki, yekun sənəd mütləq qaydada İran İslam Respublikasının razılığı ilə qəbul edilməlidir.

Sözügedən sazişlərə əsasən Xəzər SSRİ ilə İran arasında iki yerə bölünmüşdü.

SSRİ-nin süqutundan sonra sahilyanı Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya dənizin dibinin bölüşdürülməsi ilə bağlı bir neçə ikitərəfli saziş imzalayıb. Məsələ ilə bağlı danışıqlar uzun illər davam etsə də İran da daxil olmaqla 5 Xəzəryanı dövlət dənizin dibinin bölünməsi üzrə birgə sazişi razılaşdırmayıb.
XS
SM
MD
LG