Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:10

Tehran Xəzərlə bağlı ikitərəfli sazişləri tanımır


“Rəsmi Tehran Xəzərin dibinin bölünməsi üzrə Azərbaycan, Rusiya və Türkmənistan arasında ikitərəfli qaydada imzalanmış sazişləri tanımır”.

Bunu mediaya açıqlamasında İranın xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə deyib.

O, bildirib ki, Xəzərin hüququ statusu ilə bağlı saziş konsensus və ədalət prinsipinə əsaslanmalıdır: “İranın Xəzərdəki payı 20, ya da 40 faizlə məhdudlaşdırılmamalıdır.
Sahilyanı dövlətlərin danışıqları 1921 və 1940-ci illərdə rəsmi Moskva ilə Tehran arasında imzalanan sazişlər əsasında aparılmalıdır”.

Axundzadə onu da vurgulayıb ki, yekun sənəd mütləq İran İslam Respublikasının razılığı ilə qəbul edilməlidir.

Sözügedən sazişlərə əsasən Xəzər SSRİ ilə İran arasında iki yerə bölünmüşdü.

SSRİ-nin süqutundan sonra sahilyanı ölkələr olan Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya dənizin dibinin bölünməsi ilə bağlı bir neçə ikitərəfli saziş imzalayıb.

Məsələ ilə bağlı danışıqlar uzun illər davam etsə də İran da daxil olmaqla 5 Xəzəryanı dövlət dənizin dibinin bölünməsi üzrə birgə sazişdə razılığa gələ bilməyiblər.
XS
SM
MD
LG