Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:20

ABU-ya orqan transplantasiyası iddiası


Açılan cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb

Açılan cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb

Baş Prokurorluq bəyan edib ki, Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində insan orqanlarının qanunsuz transplantasiyası həyata keçirilib.

Bu haqda məlumatı AzadlıqRadiosuna Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 308.2 –ci - vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması – maddəsilə cinayət işi başlanıb.

BİRGƏ ARAŞDIRMA

Eldar Sultanov deyir ki, insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə araşdırma aparılıb:

«Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını Azərbaycana gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər».

Açılan cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ilin sentyabrında dayandırılıb. Təhsil Nazirliyi universitetin lisenziyasının ləğvini qanunsuz tələbə qəbulu ilə izah edib.

REKTOR NƏ DEYİR?

AzadlıqRadisonun ABU-nun rektoru Elşad Abdullayevin məsələyə münasibətini öyrənmək cəhdləri nəticə verməyib - rektorun mobil telefonuna zəng çatmayıb.

ABU-nun Tibb Mərkəzinin də lisenziyası dayandırılıb.

Azərbaycanda qanunsuz orqan transplantasiyası ilə bağlı xəbərlər ilk dəfə bu ilin avqustunda yayılıb. Ukrayna mediasının Azərbaycanda «qara transplantasiya»ya görə həbs edilənlər barədə yaydığı xəbərdə Ukrayna DİN-dən qeyri-qanuni orqan transplantasiyası ilə bağlı törədilmiş cinayətlərin Azərbaycanla bağlı olduğu bildirilib.

Ancaq bu informasiya yayılanda Azərbaycanın hüquq-mühafizə orqanları əvvəlcə ölkədə «qara transplantasiya»nın olduğunu təkzib etsə də, sonradan bu kimi halların araşdırlması istiqamətində «intensiv əməliiyat tədbirlərinin davam etdiyini» bildirirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG