Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:30

ABŞ-Cənubi Koreya hərbi təlimləri həftə sonu olacaq


ABŞ və Cənubi Koreya bu həftə sonu birgə hərbi təlimlər keçirmək niyyətindədirlər.

Amerika qüvvələrindən bildirilib ki, bu təlimlər Şimali Koreyanın hücumundan əvvəl planlaşdırılmışdı. Ancaq bəyanatda qeyd olunur ki, hərbi təlim ABŞ-ın müttəfiqi Cənubi Koreyaya dəstəyini nümayiş etdirəcək.

Dünən Şimali Koreyanın Cənubun adalarından birini artilleriya atəşinə tutub, 2 Cənubi Koreyalı hərbçi ölüb.

ABŞ prezidenti Barak Obama Cənubi Koreyalı həmkarı Li Munq Bakla telefon danışığı zamanı müttəfiqi ilə «çiyin-çiyinə» olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG